Zığ şosesində uçqun tipli sürüşmə olub

Dərc olunub: 18/10/2018 - 18:05

14280105-d6c3-49db-ace2-f4d42224df1aBu gün Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən bildirilib.

Uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib. Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir. Proses davam edir.

Qeyd edək ki, hazırda Badamdar və Bayıl qəsəbələrində də sürüşmə prosesi baş verir.


loading...




Fikrinizi bildirin