Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Türkiyəyə qayıtmayıb

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi Türkiyəyə qayıtmayıb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, o, oktyabrın 16-da İstanbuldan Ər-Riyada təyyarə ilə yola düşüb.

Diplomatın da məhz oktyabrın 18-i tarixinə geriyə bileti olub. Lakin Məhəmməd İbrahim əl-Üteybi bu gün saat 15:00-da havaya qalxan təyyarəyə minməyib.

Qeyd edək ki, 2017-ci ildən ABŞ-da yaşayan və "The Washington Post" qəzetinin köşə yazarı olan səudiyyəli jurnalist Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar