«Rusiya ilə Çin arasında inam səviyyəsi «tayı-bərabəri» olmayandır» - Putin

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin Çinlə Rusiya arasında inamın səviyyəsini «tayı-bərabəri» olmayan adlandırıb.

«Rusiya ilə Yaponiya sülh müqaviləsi imzalamaq üçün inamın yetərli səviyyəsinə nail ola biliblərmi?» - sualına cavab verən Putin, Moskva ilə Pekin arasındakı münasibətləri nümunə gətirib.

«Biz, Çinlə uzun müddət elə həmin ərazi məsələləri üzrə diskusiya apardıq. 40 il danışıqlar apardıq. Təsəvvür edirsinizmi? - 40 il. Bütün bu müddət ərzində Rusiya-Çin münasibətlərində hər şey oldu, ancaq son nəticədə biz, dostluq haqqında müqavilənin imzalanmasına yetişdik - biz, Rusiya ilə Çin arasında qarşılıqlı anlaşmanın elə bir səviyyəsinə çatdıq ki, bizim hər ikimizin qiymətləndirməsinə görə, «tayı-bərabəri» olmayandır» - deyə, Putin bəyan edib.

Prezidnt əlavə edib ki, bununla yanaşı, həmin ana qədər ərazi məsələsi həll olunmamış qalmışdı.

«Amma biz, çinli dostlarımızla bu sənədləri imzalamadıq, münasibətlərin belə sistemini qurduq - məgər onlar bizim ərazi məsələləri üzrə diskusiyalarımıza son qoydu? Yox, əksinə, bu məsələni həll etmək üçün şərait yaratdı ki, son nəticədə biz, uyğun sənədi imzaladıq, kompromis həllin yolunu tapdıq» -deyə, Putin bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar