«Biz cənnətə düşəcəyik, onlar isə sadəcə, gəbərəcəklər…» – PUTİN

Dərc olunub: 18/10/2018 - 22:05

putin01«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiyanın nüvə doktrinası konsepsiyasında preventiv zərbə nəzərdə tutulmayıb. Bu barədə RF-nın Prezidenti Vladimir Putin «Valday» klubunun iclasında bəyan edib.

«Bizim konsepsiyamız – qarşıdan gələn zərbəyə cavabdan ibarətdir, deməli, biz nüvə silahından istifadəyə o təqdirdə hazır olmalıyıq ki, potensial təcavüzkarın bizim ərazilərimizə zərbə endirəcəyinə əmin olaq» – deyə, Putin dəqiqləşdirib.

Onun sözlərinə görə, hücum olacağı halda, təcavüzkar bilməlidir ki, qisas qaçılmazdır və o, məhv ediləcək. «Hadisələrin belə inkişafı halında biz, təcavüz qurbanı kimi, əzabkeş kimi, cənnətə düşəcəyik. Onlar isə sadəcə, gəbərəcəklər. Ona gərə ki, peşiman olmağa da vaxt tapmayacaqlar» – Putin əlavə edib.

Budan əvvəl, KİV-lər qeyd edirdilər ki, Rusiya, ABŞ və Çinin davranışı üzündən, dünyada «təsadüfən» nüvə müharibəsi başlaya bilər. Məsələn, ekspertlərə istinadla, Amerikaın «National Interest» jurnalı da bu bərədə yazıb.


loading...




Fikrinizi bildirin