MOSKVADA YENİ BİRLİK TƏSİS EDİLDİ - Vəkil Adəm Məmmədovdan açıqlama+ Fotolar 

Dərc olunub: 19/10/2018 - 13:18

44389156_1741934299267794_6973138670756823040_nAzərbaycandan, Türkiyədən və Rusiyadan olan bir qrup tanınmış ictimaiyyət nümayəndəsi Moskvada yeni birlik təsis ediblər. Azərbaycan, Rusiya və Türkiyə Mədəniyyət Birliyi yaradılıb.

Bu barədə “AzPolitika.info”ya məlumatı tanınmış vəkil Adəm Məmmədov verib. Onun sözlərinə görə, uzun müddət ərzində aparılan müzakirələrdən və gərgin işlərdən sonra  Azərbaycan, Rusiya və Türkiyə Mədəniyyət Birliyinin yaradılmasına nail olunub.

Vəkil Adəm Məmmədov bildirib ki,  Birliyin yaradılmasında Türkiyənin Rusiyadakı səfiri Hüseyn Deriozün də rolu olub: “Türkiyənin Rusiyadakı səfiri Hüseyn Deriozun xeyir-duası ilə Azərbaycan, Rusiya və Türkiyə Mədəniyyət Birliyinin yaradılmasına nail olduq.  Hörmətli səfirlə təxminən iki saatdan çox müzakirələr apardıq və bir sıra məsləhətlər, tövsiyələr verildi.  Hansı ki, bunlar bizim  üçün cox böyük əhəmiyyət daşıyır”.

Moskva şəhər Vəkillər Palatasının sədr müavini, hüquq elmləri namizədi və vəkil Elnur Hacıyev birliyimizin həmtəsisçilərindən olmaqla, prezidenti seçildi. Ona böyük uğurlar arzu edirəm!

Mən isə birliyimizin həmtəsisçisi olmaqla, 1-ci vitse-prezidenti, İlqar Abdullayev, Rizvan Əsgərov və Öz Hulki bəy isə birliyimizin həmtəsisçiləri olmaqla, vitse-prezidentlər seçildilər”.

Adəm Məmmədovun sözlərnə görə, Birliyin fəaliyyətini qısa müddətdə genişləndirmək və gücləndirmək niyyətindədirlər: “ Biz Azərbaycan, Türkiyə və Rusiya xalqları arasında mədəni əlaqələrin, dostluğun daha da güclənməsi, ortaq dəyərlərin inkişaf etdirilməsi istiqamətində ciddi işlər həyata keçirmək niyyətindəyik. Birliyimizin yaxın gələcəkdə geniş təqdimatını gecirərək, məramımızı ictimaiyyətə açıqlayacağıq.”

2 3 4

1


loading...




Fikrinizi bildirin