SOCAR rəhbərliyi STAR-da çalışan gənc azərbaycanlılarla görüşüb

Dərc olunub: 19/10/2018 - 00:03

73cdca2b-1b3b-4010-bb76-ff5aa0906994SOCAR prezidenti Rövnəq Abdullayev Əliağa yarımadasında nəhəng layihə olan STAR Neft Emalı Zavodunun açılışı ərəfəsində burada çalışan gənc azərbaycanlı mütəxəssislərlə görüşüb.
“Report” xəbər verir ki, gəncləri Müstəqillik Günü münasibəti ilə təbrik edən SOCAR prezidenti bu gənclərin inkişafı üçün yaradılan şəraitin məhz müstəqilliyimizin əldə edilməsi sayəsində mümkün olduğunu vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Bakı Ali Neft Məktəbini yüksək qiymətlərlə bitirən gənc azərbaycanlılar indi SOCAR-ın Türkiyədəki müəssisələrində çalışaraq, dəyərli təcrübə əldə edirlər.
Xatırladaq ki, STAR-ın açılış mərasimi sabah keçiriləcək. Ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edən zavodda ildə 10 mln. ton xam neft emalı nəzərdə tutulur.


loading...




Fikrinizi bildirin