“Polis” qəzetinin redaktoru işdən çıxarıldı – Yerinə təyinat oldu

Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin redaktoru Qalib Rəhimov işdən çıxarılıb.

Bu haqda ilk məlumatı “Report” İA yayıb.

Məlumatda deyilir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə BŞBPİ-nin “Polis” qəzetinin redaktoru vəzifəsinə Elşad Hacıyev təyin edilib.

E.Hacıyev bu təyinata qədər BŞBPİ-nin “Polis” qəzetinin əməkdaşı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar