Çin ÜTT-dan kömək istədi! - ABŞ-la ticarət mübahisəsi məsələsində

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin hakimiyyəti Amerika Birləşmiş Ştatları (ABŞ) ilə rüsum mübahisəsi məsələsində tretey qrupu yaratmaq xahişi ilə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib.

Bu barədə «Röyter» agentliyi xəbər verib.

Bu ərəfədə belə sorğunu Rusiya, Norveç və Avropa İttifaqı (Aİ) ölkələri də veriblər. Bundan başqa, ABŞ-ın əlavə rüsumlər tətbiq etmək barədəki qərarından ÜTT-a Hindistan, Kanada, Meksika və Türkiyə də şirkayət verib.

Pekin ABŞ-ın polad və alüminium məhsullarına yönəlik rüsumların dəyişdirilməsi barədə qərarını «proteksionizm» adlandırıb və bildirib ki, ABŞ-ın bu addımı beynəlxalq ticarətin qaydalarını ciddi şəkildə dağıdıb. Nədən ki, ABŞ nümayədələri ilə keçirilən məsləhətləşmələrdə kompromis əldə etmək mümkün olmayıb. Odur ki, Çin tərəf ÜTT-da tretey qrupu yaradılmasını istəyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar