TÜRKİYƏDƏ SOCAR-ın “STAR” ZAVODU AÇILIDI – “Belə zavod Avropada hələ tikilməyib” + VİDEOLAR (Yeniləndi)

Dərc olunub: 19/10/2018 - 17:54

 

 

600x338-cumhurbaskani-recep-tayyip-erdogan-socar-star-rafinerisi-acilisini-gerceklestirdi-1539955347434Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (SOCAR Turkey Aegean Refinery) açılış mərasimi keçirilir. “AzPolkiotika.info” xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, SOCAR prezidenti Rövnəq Abdullayev, hər iki ölkənin dövlət və hökumət rəsmiləri iştirak edir.

İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə terrasdan zavodun ərazisinə baxıblar.

“Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

1Xatırladaq ki, STAR-ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür.

socar-star-rafinerisi-aciliyor-1539954816

Zavodda ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək.

thumbs_b_c_30df47bababdc5e4d0ace05c654a1d88

3

***

2ef5d7388070db603629ef47ab93d2c0Bu gün Türkiyədə “Star” Neft Emalı Zavodunun açılış mərasimi keçirilir. Bu münasibətlə keçiriləcək mərasimdə Azərbaycan və Türkiyə prezidentlərinin də iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, zavod yüz faiz Azərbaycan kapitalı ilə inşa olunub və SOCAR-a məxsusdur. Azərbaycanın Türkiyədəki ən böyük yatırımı olan zavodun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulub. Beləliklə, prezident İlham Əliyevin daha bir meqa-layihəsi bu gün işə düşür.

“STAR” Neft Emalı Zavodu Türkiyənin iqtisadi cəhətdən kifayət qədər güclü hesab olunan qərb hissəsində, İzmir şəhərinə yaxın olan Əliağa liman bölgəsində inşa edilməklə İzmir və İstanbul ərazilərində daxili bazarın tələbatını ödəməyə yönəlib. Zavodun iri neft-kimya kompleksi olan “Petkim”in yaxınlığında tikilməsi şaquli istiqamətdə inteqrasiya yaratmaqla yüksək səmərəliliyə səbəb olacaq.

Neft emalı zavodunun ümumi gücü 10 milyon ton təşkil edir.  Zavodun əsas xammal tədarükçüsü kimi SOCAR çıxış edəcək. Zavodun istehsal edəcəyi təqribən 1,6 milyon ton nafta Türkiyədə neft-kimya sənayesinin xarici ölkələrdən xammal asılılığını azaldacaq, dizel və aviasiya yanacağı cari hesab defisitinin azalmasına yardım edəcək və neft-kimya sənayesi məhsulları üçün xammal rolunu oynayacaq. Burada ildə 4,7 milyon ton dizel, 1,6 milyon ton təyyarə yanacağı, 320 min ton LPG, 1,6 milyon ton nafta, 690 min ton neft koksu, 159 min ton kükürd və digər məhsullar istehsal olunacaq. Müəssisədə əsasən “Ural”, “Azeri Light” və “Kərkük” neft növləri emal ediləcək.

Müəssisə artıq 2019-cu ildən etibarən tam gücü ilə fəaliyyətə başlamağı planlaşdırır. Zavodda 1100 nəfər daimi işlə təmin olunacaq.

SOCAR prezidenti Rövnəq Abdullayevin dediyinə görə, zavod istifadəyə verildikdən sonra ilk 5 il ərzində Azərbaycan iqtisadiyyatına hər il 850 milyon dollardan çox gəlir gətirəcək. Onun sözlərinə görə, növbəti 10 il ərzində isə müəssisə hər il 600 milyon dollardan çox gəlir gətirəcək.

Zavodun inşasını maliyyələşdirmək üçün SOCAR xarici maliyyələşmə konsorsiumundan 2,9 milyard dollar dəyərində kredit alıb. Bu maliyyələşmə müqaviləsi dəfələrlə dünyanın nüfuzlu mərkəzləri tərəfindən ən uğurlu belə sənəd adına layiq görülüb.

vahid_1484123520Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirir ki, indiyədək Azərbaycan Türkiyəyə 20 milyard dollara yaxın investisiya yatırıb: “Ən çox investisiya qoyduğumuz qardaş ölkədir. ”Star” zavodu çox böyük bir layihədir. Bu layihədən hər iki dövlət böyük gəlirlər əldə edəcək. Türkiyə özünün nefti olmayan bir ölkədir. Müəyyən protokollar var ki, 2023-cü ilədək onlara riayət etməlidilər. Nefti əsasən xaricdən idxal edir, neft emalı sahəsində xeyli çatışmazlıqları var. Bu zavodun işə düşməsi bu problemlərin xeyli hissəsini həll edəcək”.

Millət vəkilinin fikrincə, zavodun Azərbaycan üçün də əhəmiyyəti böyükdür: “Böyük, dünya səviyyəli bir müəssisədir və tam olaraq Azərbaycana məxsusdur. Digər tərəfdən, mən həmişə demişəm ki, Türkiyəyə yatırım, elə Azərbaycanın özünə yatırım deməkdir. Bu gün (dünən- red.) Dövlət Müstəqilliyi Günümüzdür. Türkiyə isə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkədir”.

İÄ°lham Şaban ile ilgili görsel sonucu

Neft sahəsi üzrə mütəxəssis, “Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban musavat.com-a bildirib ki,  indiyədək Azərbaycan neft-qaz  sahəsində əsasən infrastruktur layihələr həyata keçirib: “Neft-qaz layihələrinə, Xəzərdən hasilat layihələrinə böyük xərclər çəkilib. Hasil olunan məhsulların nəqli üçün infrastrukturun yaradılmasına ehtiyac vardı. Ona görə də 700 milyon dollara Bakı-Supsa, təxminən 6 milyard dollara Bakı-Tiflis-Ceyhan, 8 milyard dollara TANAP, genişləndirilmə layihəsi ilə birlikdə 5 milyard dollara Cənubi Qafqaz Qaz Boru Kəməri inşa edildi. Azərbaycanın kənarda qeyri-infrastruktur xarakterli ən böyük investisiyasıdır ”Star” zavodu. Qiyməti 6,3 milyard dollardır. İndiyədək yalnız “Petkim”ə milyardla ifadə olunan yatırım edilmişdi, “Star” dəyərinə görə ondan üç dəfə böyükdür”.

Ekspertin sözlərinə görə, bu layihə ilə bağlı Azərbaycan cəmiyyətində bir anlaşılmaz sual var ki, niyə belə bir dünya səviyyəli zavod öz ölkəmizdə deyil, Türkiyədə inşa edildi: “Azərbaycanın özündə belə bir zavoda ethiyac böyükdür. 2008-ci ildə Azərbaycanda neft email zavodu da daxil olmaqla, böyük  neft-kimya kompleksinin inşası ilə bağlı planlar irəri sürüldü. Amma məsələ uzandı-uzandı, axırda qərar gəldilər ki, köhnə zavodu 2021-ci ilədək modernləşdirsinlər. ”Star” kimi müasir tipli zavod Avropada hələ tikilməyib. Bizdə Heydər Əliyev adına zavod 1952-ci ildə tikilib, 1981-ci ildə modernləşdirilib. Qırx ilə yaxındır ki, zavodda ciddi modernləşdirmə olmayıb. Hesab edirəm ki, Azərbaycan hökuməti vaxtında uzaqgörən olsaydı, neft email zavodu özümüzdə də inşa edilərdi. Özü də onu “Star”dan tez başa çatdırmaq olardı”.

Ekspertə görə, “Star”a qoyulan vəsaiti SOCAR uzağı 10 ilə geri qaytara biləcək: “Düzdür, burada qiymətlərin müəyyən təsiri olacaq. Amm ən aşağı hesablamalarla bu zavoddan ildə 500 milyon dollar mənfəət götürmək mümkün olacaq – kredit resurslarını da qaytarmaq şərtilə. Bu baxımdan, zavoda investisiya kifayət qədər uğurlu yatırımdır”.

İ.Şaban deyir ki, zavodun inşasına 2,9 milyard dollar kredit resursları cəlb edilib. Qalan vəsaitin 40 faizi – 1 milyard 392,8 milyon dolları Dövlət Neft Fondu tərəfindən təmin edilib. Zavod işə düşdükdən sonra fond divident əldə etməyə başlayacaq: “Bildiyiniz kimi, Bakı-Tiflis-Ceyhana da fond tərəfindən yatırım edilmişdi. Kəmər işə düşəndən sonra 2011-ci ilədək fond oradan divident əldə edirdi. Lakin 2011-ci ildən dvidentlərin SOCAR-a ödənməsi barədə qərar çıxarıldı. Əgər ”Star” zavodu ilə bağlı da belə edilməzsə, Neft Fondu bu layihədən yaxşı mənfəət əldə edə biləcək. Düşünürəm ki, fondun bu kimi investisiyalardan gəlir götürməsinə imkan verilməlidir. Çünki dünyada belə fondların hamısı analoji layihələrdən gəlirlər hesabına böyük qazanclar əldə edirlər”.


loading...




Fikrinizi bildirin