Vaşinqton Suriya üçün «keçid planı» hazırlayır - Əsəd postunda saxlanır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Vaşinqton Suriya prezidenti Bəşər Əsədin dövlət başçısı postunda saxlanmasını mümkün hesab edir və Suriya üçün uyğun «keçid planı» hazırlayır.

«NBC» telekanalının Ağ evdəki mənbələrə istinadla verdiyi xəbərə görə, Vaşinqton İranın Suriya ərazilərindən siyasi və diplomatik rıçaqlar vasitəsilə sıxışdırılması məsələsində «hədsiz maraqlıdır». Amerikalı analitiklər hesab edirlər ki, bu, gələcəkdə ərazidə ABŞ və İran hərbçiləri arasında silahlı qarşıdurma risklərini azaltmağa imkan verəcək.

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ Suriyanın İran və Rusiya ordularının yerləşdiyi rayonlarına göstərilən maliyyə yardımını dayandırmaq niyyətindədir. Üstəlik də Vaşinqton Suriyada çalışan İran və Rusiya şirkətlərinə sanksiyalar tətbiq etməyi planlayır. Bu şirkətlər Suriyada bərpa işləri ilə məhğuldurlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar