"ANA DİLİNƏ və BU DİLDƏ DANIŞANLARA XOR BAXANLAR VAR" - Dilçilik İnstitutunun direktoru

"Ana dilinə və bu dildə danışanlara xor baxanlar, bəyənməyənlər indi də var". "Report" xəbər verir ki, bunu AMEA-nın Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylu “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, dil millətin kimliyidir, xalqın özünü təsdiqinin ifadəsidir, Azərbaycan dili dünyanın ən öndə gedən qədim, ən zəngin dillərindən biridir: "Biz dilimizi qorumalıyıq. Dilin keşiyində durmaq təkcə dilçilərin işi deyil, bu işi hamımız görməliyik".

Direktor xatırladıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra müstəqil televiziyalar, radiolar yarandı: "Təəssüf ki, bununla peşəkarlıq da azaldı. Ana dilini qorumaq, düzgün danışmaq hamımızın borcudur. Təəssüf ki, ana dilinə xor baxanlar var, onu bəyənməyənlər, hətta ana dilində danışanlara xor baxanlar hələ də var".

635x100

Şərhlər

Русскоязычный чушка 2018-10-19 12:29:26

AMEA-da işləməyə iddia edən alimin, təbii ki, ana dilini mükəmməl bilməsi zəruri şərtdir. Lakin kifayət deyil, ən azı rus və ingilis dilini bilməlidir. Əks halda o nə alimdir? Ö zdilini bilməyən və danışmayan alimin AMEA- da nə işi var, əlbəttə ki, kiminsə qohumu deyilsə. Əgər kiminsə qohumudursa, heş bir dildə danışmasına ehtiyac yoxdur. От него толку, как от козла молоко.

Mehman 2018-10-19 12:29:26

Utaniram oz milletimin adina.Dilini beyenmeyen demek ozunu,oz kokunu beyenmir.Ozununu beyenmeyeni ise hech kim beyenmez.Ne qedder ki,milletimiz natamamliq kompleksi yashayir,bu bele davam edecek.

azad 2018-10-19 12:29:26

ana dilmiz biz anamız qədər əziz olmalıdır təsüflər olsunki ana dimizə xor baxanlar bəyənməyənlər bizim sərvətmizi talayan məmur və balalarıdır.

Veteran 2018-10-19 12:29:26

Niye ki, numunevi tewkilatlar da var. Yaxwilari da qeyd etmek lazimdir. Hami eyni deyil axi. Meselen Cagangir muellim Esgerovun tewkilatinda rus dili boykot edilib, orada hami ancaq azerbayncan dilinde daniwir. Hetta ewitdiyime gore Cahangir muellim Azalda boyuk bir nezir qutusu qoydurub. Rus dilinde deyilen her bir soze gore iwciler simvolik olaraq 1 manat cerimelenir ve hemin vesait qutuya yigilir. Deyilenlere gore toplanan vesait wirketin en yaxwi azerbaycandilli emekdawina teqdim olunacaq.

alim 2018-10-19 12:29:26

Möhsün Nağısoyluya demək lazımdır ki ana dilinə xor baxanların beşiyi elə AMEA-dır. AMEA-da elə institut direktorları var ki onlar ana dilində danışa bilmir və danışmağı da özlərinə eyib hesab edirlər. Onların rəhbərlik etdikləri insitutların əməkdaşları da məcbur olub rus dilində danışırlar.Hətta yeni işçi götürəndə onun rus və ingilis dilini mükəmməl bilməyini tələb edirlər. Ana dilini bilməsələr də olar. Təki rus və ingilis dilini mükəmməl bilsinlər! Möhsün müəllim də bunu çox yaxşı bilir.

t.ədalət 2018-10-19 12:29:26

Ən böyük rüsvayçılıq gəncləri işə götürəndə onlardan rus və ingilis dillərində bilmək tələb olunur.Bununla da dövlət dilinə hörmətsizlik və xəyanət edilir.Ağıllı dövlətlərdə xarici vətəndaşlarla,ancaq tərcüməçi vasitəsi ilə danışılır.Söydüyümüz ermənilərin keşişi rus dilini bilsə belə Rusiyanın nümayəndələri ilə tərcüməçi vasitəsi ilə danışır.Təəssüf ki milli məsələdə örnək olası heç nəyimiz yoxdur.Öz əlimizlə ən böyük sərvətimiz olan milli dilimizi baltalayırıq...

alim 2018-10-19 12:29:26

Mən Рускоязычный чушка ilə razıyam. AMEA-ya işə götürülən işçilər rus və ingilis dillərini ona görə bilməlidirlər ki,internetdən rus və ingilis dillərində olan materialları tərcümə edib, direktorların, direktor müavinlərinin, şöbə müdirlərinin kimlərdənsə böyük məbləğdə pul qarşılığında sifariş aldıqları plagiat elmi işləri "yazsınlar". Elmi dərəcəsi olmayan gənclər yuxarıda qeyd etdiyim şəxslərin sifarişi ilə rus, ingilis dilindən tərcümə edib, doktorluq işi "yazırlar". Ana dili heç kimə lazım deyil!

Son yazılar