QAŞIQÇININ QƏTLİ GENERALA "YÜKLƏNİR"  - ABŞ və İsrail şahzadəni xilas etmək istəyir

 ABŞ-ın “The New York Times” qəzeti Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğundan vəhşicəsinə öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı yeni məlumat yayıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, səudiyyəli rəsmilər bu qətldən general Əhməd Əl Assirini məsul tutmağa hazırlaşırlar.

“NYT”-nın öz qaynaqlarına əsaslandığı məlumatına əsasən, Səudiyyə Ərəbistanı tərəfindən hazırlanan rəsmi açıqlamada insident “şahzadə Məhəmməd bin Salmanın general əl Assiriyə Camal Qaşıqçını sadəcə yaxalamaq barədə şifahi əmr verdiyini, lakin generalın bu əmri “yanlış analayaraq” və ya “səlahiyyətlərini aşaraq” onu öldürdüyü” kimi təqdim olunacaq.

Qəzetin xəbərinə görə, ər-Riyad ABŞ dövlət katibi Maykl Pompeoya da general əl-Assirinin adını verib.

Daha öncələr Səudiyyə Ərəbistanının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlarının gedişində mətbuat sözçülüyünü həyata keçirən əl-Assiri, şahzadə Məhəmməd bin Salmana ən yaxın isimlərdən biri olaraq tanınır.

Qəzetdə verilən informasiyaya əsasən prezident Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner qayınatasından Məhəmməd bin Salmanı dəstəkləməyi xahiş edib. Kuşner prezidentə Qaşıqçının ortadan itməsi və öldürülmüş olması il bağlı təzyiqlərin Səudiyyə Ərəbistanının digər “xətaları”nda olduğu kimi kimi, zamanla unudulacağını söyləyib.

Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner sionizmə xidmət edən masondur. İsrailin Qüdsü tam işğal etməsinə beynəlxalq ictimaiyyətin, o cümlədən müsəlman dünyasının səssiz qalması istiqamətində iş aparır. Elə ABŞ-ın köləsinə çevrilmiş Məhəmməd bin Salmanı Səudiyyə Ərəbistanının rəhbərliyinə gətirmək də İsrailin planıdır. Onun vasitəsilə Səudiyyə Ərəbistanını və bəzi müsəlman ölkələrini Fələstinin müdafiəsindən ayırmaq istəyirlər.  

AzPolitika.info

635x100

Şərhlər

Rüstəm 2018-10-19 13:59:20

"Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq». Bu sözləri Allah İbrahimə deyib. Bu xalqa dış qıcırtmamışdan qabaq bu haqda düşünsəniz yaxşı olar. Bilirəm onsuz bunu verməyəcəksiniz.

Elxan 2018-10-19 13:59:20

"Sionist" "Masson" ifadelerini ceyneye-ceyneye qalmisan.Senin mehebbetin fars mollalarinadir,bu aydindir.Cunki ayetulalardan basqa sionis kelmesini ceyneyen sensen.Her defe ahu-zar edib suven saldiqin felestindir ermeni ile dost olan,bir de senin doqma qardaslarin farslar.Izrail dovleti her zaman Azerbaycanin yanindadir

Son yazılar