"TAMAM" MTK-nın NATAMAM İŞİ... - Tikinti şirkəti sakinləri çıxılmaz vəziyyətə salıb

Bakı şəhəri Şəfayət Mehtiyev küçəsi 1054 ünvanında yerləşən 18 mərtəbəli yaşayış kompleksinin sakinləri "Tamam" MTK tərəfindən çətin duruma salındıqlarını bildirirlər.

Sakinlər tərəfindən ölkə başçısına və mətbuata ünvanlanan müraciətdən görünür ki, "Tamam" MTK işini natamam görüb və sakinləri cidi problemlə üz-üzə qoyub.

Sakinlərin müraciətində deyilir ki, hələ 2009-cu ildən başlayaraq, həmin yaşayış kompleksində yaşayış mövcuddur. Lakin hələ də mənzillərin dövlət reyestrinə salınaraq özəlləşdirilməsi prosesi aparılmayıb: "Hazırda yaşayış komleksində 320 mənzildən təxminən üç yüzündə yaşayış var. Bu dövr ərzində mərhələli formada su, işıq, telefon və qaz xidmətləri kodlaşdırılaraq vətəndaşların istifadəsinə verilib. Lakin 9-cu ildir ki, mənzillərin dövlət reyestrinə salınaraq özəlləşdirilməsi prosesi aparılmır".

Şikayətçilər bildirirlər ki, bunun nəticəsi olaraq, seçkilərdə iştirakdan tutmuş qeydiyyata alınma, tibbi uçot, ərazi təhsil ocaqlarına qəbul və s. bu qəbildən olan məsələlərdə əsaslı əngəllər yaranır.

Sakinlərə indiyə qədər özəlləşdirmənin aparılmaması onunla izah edilib ki, "Tamam" MTK Bakı Şəhər İcra Hakimiyyəti qarşısında Mənzil Fondu öhdəliyini yerinə yetirməyib. Bunun da nəticəsi olaraq, özəlləşdirmənin aparılması mümkün olmur və 1000 nəfərdən artıq sakin də bu üzdən çıxılmaz duruma düşüb.

Müraciətdə qeyd olunanlara görə, sakinlərin şikayətlərinə cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparat rəhbərinin cavab məktubunda bildirilir ki, problemin həlli yalnız yaşayış kompleksinin sifarişçisinin (sahibkarının) vəzifə və öhdəliklərinə aiddir.

Göründüyü kimi, sakinlər "Tamam" MTK ilə Bakı Şəhər İcra Hakimiyyətinin arasında qalıblar. lakin tərəflərin heç birindən müsbət nəticə gözləmədiklərindən, ölkə başçısına üz tutaraq, problemlərinin tez zamanda həllini xahiş edirlər.

635x100

Şərhlər

Yasar 2018-10-19 14:24:15

Lilpar MTK,Zardabi77/a unvanda-su,isig geydiyatsiz saygaclar,pullar hara gedir???Komendant Galib mellim,pul yigan Kazim mellim....Bir gelsinler-yoxlasinlar!

Yasar 2018-10-19 14:24:15

Lilpar MTK,Zardabi77/a unvanda-su,isig geydiyatsiz saygaclar,pullar hara gedir???Komendant Galib mellim,pul yigan Kazim mellim....Bir gelsinler-yoxlasinlar!

Son yazılar