"Həyat yoldaşım bəlkə də ölüb" - İnterpolun sabiq prezidentinin xanımı

İnterpolun ötən ay Çində yoxa çıxan prezidenti Men Hunveyin həyat yoldaşı Qreys Men ərinin artıq dünyasını dəyişmiş ola biləcəyi qənaətindədir.

“Report” xəbər verir ki, BBC-yə açıqlama verən Q.Men məsələnin siyasi təzyiqlərdən ibarət olduğunu bildirərək, telefonla təhdid edildiyini, amma bunun səbəbinin onun üçün qaranlıq qaldığını söyləyib.

Qeyd edək ki, bu il sentyabrın 29-da İnterpol rəhbəri Çinə yola düşdükdən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Men Hunveyin yoxa çıxmasını İnterpolun qərargahının yerləşdiyi Lionda yaşayan həyat yoldaşı polisə xəbər verəndən sonra məsələ ilə bağlı araşdırmaya başlanılıb. Təqribən iki həftə əvvəl isə Çin hökuməti ilk dəfə İnterpol prezidentinin qanunu pozmaqda şübhəli bilindiyini, Dövlət Nəzarət Komitəsi tərəfindən barəsində təhqiqat aparıldığını rəsmi şəkildə bildirib. Bundan bir neçə saat sonra da İnterpol baş katibliyinə Men Hunveyin prezident səlahiyyətlərinə xitam verilməsi barədə müraciət gəldiyi və yerinə yetirildiyi açıqlanmışdı. Çin İctimai Təhlükəsizlik Nazirliyi Mey Hunveyin rüşvətxorluqda şübhəli bilindiyini açıqlamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar