Bakıda həyat yoldaşını öldürən kişiyə hökm oxunub

Dərc olunub: 19/10/2018 - 15:32

HOKMBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsində arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror çıxışında Z.Rəsulovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, Z.Rəsulov arvadını pul üstündə mübahisədən sonra qətlə yetirib. Belə ki, o, 90 min manat pulun arvadı tərəfindən ondan xəbərsiz xərclənməsinə etiraz edib və onlar arasında dəfələrlə mübahisə olub. Sonuncu mübahisə qətl ilə nəticələnib.


loading...




Fikrinizi bildirin