Rusiya özünün nüvə bunkerlərini modernləşdirir – CNN

Dərc olunub: 19/10/2018 - 16:16

bunker-rus«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya özünün Kalininqrad vilayətindəki nüvə bunkerlərini modernləşdirməyə başlayıb.

Peyk çəkilişlərinə istinadla, bu barədə «CNN» telekanalı xəbər verib. Xəbərdə deyilir ki, ən azı, bu obyektlərdn biri nüvə silahının saxlandığı bunkerdir.

Təsvirlərə əsasən, bu cür işlər Çernyaxovskdə – hərbi-hava qüvvələri 152-ci raket briqadasının dislokasiya olunduğu ərazidə də aparılır.

Kanal qeyd edir ki, Primorskı yaxınlığında daha 40-a qədər yeni bunkerlər tikilir.


loading...




Fikrinizi bildirin