“Qaşıqçının qətlində Trampın da günahı var...” - Jurnalist son məqaləsində nədən yazıb?

"Səudiyyəli jurnalist və dissident Camal Qaşıqçının qətlində həmçinin Donald Trampın da günahı var..."

"AzPolitika" Qərb mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın nüfuzlu dərgiləri C.Qaşıqçının ölümünə görə Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yanaşı, Donald Trampı da günahlandırır.

"Nyu-York Tayms" qəzetində dərc olunan məqalədə göstərilir ki, bütün dünyada demokratik dəyərlərin və insan haqlarının qorunması kimi məsələlər ABŞ-ın indiki prezidentinin heç vecinə də deyil: "Donald Trampın avtoritar rejimlərə yaltaqlanması səbəbindən, onlar daha da həyasızlaşırlar".

Mövzu ilə bağlı "Vaşinqton Post" qəzetində dərc edilən yazıda isə qeyd olunur ki, ABŞ prezidenti öz hərəkətləri ilə avtoritarizmi və zorakılığı daha da təşviq etmiş olur: "Tramp üçün həmin liderlərin yalnız onunla necə rəftar etmələri vacibdir, onların öz xalqlarına olan münasibətinə isə, Tramp tüpürmək istəyir..."

Yazıda ABŞ-ın jurnalistin qətlilə bağlı Səudiyyə Ərəbistanına qarşı hansı mümkün addımları atacağı da təhlil edilir və bildirilir ki, onlardan ən təsirlisi bu ərəb ölkəsinə qarşı neft sanksiyaları ola bilərdi. Lakin məqalə müəlliflərinin fikrincə, Tramp buna getməyəcək. Çünki ABŞ-ın hazırki prezidenti neftin kəskin şəkildə bahalaşmasının tərəfdarı deyil.

Xüsusilə də, ABŞ Konqresinə keçiriləcək aralıq seçkilər öncəsi neftin bahalaşması Trampa qətiyyən sərf etmir.

"Vaşinqton Post" sözügedən yazının sonunda jurnalist C.Qaşıqçının bu dərgidə dərc edilmiş son məqaləsini xatırladır.

Həmin yazıda artıq həyatda olmayan C.Qaçıqçı xüsusi qeyd edirmiş ki, ABŞ başda olmaqla, dünya birliyi Səudiyyə Ərəbistanı hökumətinin mətbuata qarşı hücumlarına tam laqeyid münasibət göstərir.

Göründüyü kimi, həmin laqeyid münasibətin və ABŞ prezidentinin yürütdüyü siyasətin ən böyük qurbanlarından biri də elə jurnalistin özü oldu.

Cəlal

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar