Rusiya millisinin futbolçusu məhkəmədə ağladı - "Mən təhlükəli cinayətkar deyiləm..."

Bu yaxınlarda eyni gündə Moskvadakı kafelərin birində və küçədə xuliqanlıq edən və bir neçə nəfərə ağır bədən xəsarətləri yetirən Rusiya millisinin iki sabiq futbolçusu məhkəmə qarşısına çıxarılıb.

"AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, "Zenit"in hücumçusu Aleksandr Kokorin və "Krasnodar"da çıxış edən yarımmüdafiəçi Pavel Mamayev məhkəmədə son sözlə çıxış ediblər. Xüsusilə A.Kokorin törətdiyi əmələ görə çox peşiman olduğunu və veriləcək cəzadan qorxduğunu gizlədə bilməyib. Futbolçu üzr istəyərək, azad edilməsini və əvvəlki həyatına qaytarılmasını xahiş edərkən, göz yaşlarını saxlaya bilməyib: "Mən təhlükəli cinayətkar deyiləm. Mənim gizlənmək məqsədim yoxdur. Mənim məşqlərimin vaxtı və harada olduğum hamıya bəllidir. Mən könüllü olaraq polisə gəlib, ifadə vermişəm. Televiziyada və internetdə mənə atılan çirkab bütün ailəmə də toxunur.Xahiş edirəm məni ailəmə, həyat yoldaşıma və valideynlərimə geri qaytarın..."

Bu sözləri deyəndən sonra göz yaşlarını saxlaya bilməyən futbolçunun taleyi hələ ki, qaranlıq görünür. Belə ki, məhkəmə onun göz yaşlarına baxmayıb və hər iki futbolçunu, eləcə də davada iştirak edən A.Kokorinin qardaşını həbsdə saxlayıb və həbs müddətinin ən azı dekabrın 8-dək uzanacağını elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar