Zağulba yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Sabah saat 8:00-dan 20:00-a qədər Bakının Xəzər rayonunun Zağulba qəsəbəsinə gedən yolun 28-ci km-də (Mərdəkan körpüsündən qəsəbə istiqamətində) aparılacaq yol-təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılıacaq.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Zağulba istiqamətində hərəkət edən sürücülər Mərdəkan körpüsündən istifadə etməklə körpüdən sonra yol ayrıcında müvəqqəti təşkil ediləcək yol hissəsindən geriyə dönüş etməklə hərəkətə davam edə biləcəklər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmalarını xahiş edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar