Azərbaycan sərbəst güləşçilərinin dünya çempionatındakı rəqibləri müəyyənləşib

Dərc olunub: 19/10/2018 - 19:36

2d7b4e68-9c22-43f4-9c57-f63521491a72Sabah Macarıstanın paytaxtı Budapeşt şəhərində start götürəcək güləş üzrə dünya çempionatında sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib. 

Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 4 kateqoriyada mübarizə aparacaq Azərbaycan idmançılarının da rəqibləri bəlli olub. Yığmanın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq.

Qeyd edək ki, güləş üzrə dünya çempionatı 20 – 28 oktyabrda təşkil olunacaq. Sərbəst güləşçilər 20 – 23, qadınlar 22 – 25 oktyabrda yarışacaqlar. Yunan-Roma növündə isə yarışlar 25 – 28 oktyabrda keçiriləcək.

Qarşılaşmalar hər gün Bakı vaxtı ilə 12.30-da start götürəcək.

61 kq

Təsnifat – Pərviz İbrahimov – Skott Şiller (CAN)

74 kq

1/16 final – Abubakr Abakarov – Hanok Raşamin (İSR)

86 kq

1/16 final – Murad Süleymanov – Quma Bəşir (SUD)

125 kq

Təsnifat – Cəmaləddin Məhəmmədov – Nik Matyuxin (GER)


loading...




Fikrinizi bildirin