«Dünyadakı mövcud vəziyyəti Karib böhranı ilə müşayisə etmək olar» - Nazarbayev

Dərc olunub: 19/10/2018 - 21:09

Nursultan Nazarbayev, president of Kazakhstan.«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev «Asiya-Avropa» sammitinin plenar iclasındakı çıxışında bəyan edib ki, yüksək münaşiqə şəraitində, sanksiya və ticarət müharibələrinin yüksəlişi fonunda beynəlxalq siyasət gərginliyin pik həddinə çatıb ki, bunu da Karib böhranı ilə müqayisə etmək olar.

Xəbəri dövlət başçısının mətbuat xidməti yayıb.

«Biz gərək indiki «Asiya-Avropa» forumu sammitindən bu prolblemlərin həllində istifadə edək. Təssüf ki, müasir mərhələdə dünyada məhsuldar dialoq və qarşılıqlı anlaşma çatışmazlığı müşahidə olunur. Biz hamımız cari iqtisadi və siyasi qarşıdurmaların şahidiyik və bunu ötən əsrin 60-cı illərinin Karib böhranı ilə müqayisə etmək olar» – deyə, Qazaxıstan Prezidenti Nazarbayev bəyan edib.

Prezident qeyd edib ki, sammit ABŞ-ı, Rusiyanı, Çini və Avropa İttifaqını (Aİ) və digər cücləri dünyadakı mövcud fikir ayrılıqlarının həllini tapmağa çağırmalıdır.
«Suriya, Ukrayna və digər ölkələrdəki problemlərin həlli ilə məşğul olunmasa, vəziyyət yalnız pislələşəcək. Beynəlxalq terrorçuluq başlıca problem olaraq qalır, hələ də ballistik raketlərin yayılması təhlükəsi mövcuddur» – deyə, dövlət başçısı bəyan edib.

Dünya iqtisadiyyatında vəziyyətin pisləşməsi kontekstində Nazarbayev bildirib ki, bəzi kasıb ölkələrdə vəziyyət daha da pisləşir və bu, bütün bəşəriyyətə ciddi çağırışdır.
«İkinci dünya müharibəsindən və digər böhranlardan sonra ölkələrin liderləri sıx əməkdaşlıq ediblər. Terrorçuluqla mübarizənin ümumi yollarını tapıblar. Ona görə də mən, bütün ölkələri dialoqa çağırıram və Astana «medanı»nın danışıqlar üçün istifadəsini təklif edirəm» – Qazaxıstan lideri bəyan edib.


loading...




Fikrinizi bildirin