«Rusiya Özbəkistanla birgə silah istehsal etməyə hazırdır» – Putin

Dərc olunub: 19/10/2018 - 21:31

vladimir_putin_111217_4«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfərinin geişində Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin bəyan edib ki, ölkəsi Özbəkistanla birgə silah-sursat istehsal etməyə hazırdır.

Onun sözlərinə görə, Moskva hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə hazırdır və bu zaman «nəinki müasir texnika və silah-sursat satmağı, həm də belə texnikanın Özbəkistanın müəssisələrində birgə istehsalını» nəzərdə tutur.

Putin əlavə edib ki, Özbəkistana silah satışı rusiyadaxili qiymətlərlə həyata keçirilir. Kremlin mətbuat xidmətinin xəbərinə görə, Putin Özbəistan Prezidenti Şavkət Mirziyoyevin dəvəti ilə bu ölkəyə dövləti səfərə gəlib.

Danışıqların yekunlarına görə, prezidentlər birgə bəyanat imzalayıblar. Eyni zamanda, iki ölkə arasında ticarət-iqtisadi, energetik, elmi, mədəni-humanitar, təhsil və sosial-əmək sahələri üzrə əməkdaşlığa dair sənədlər paketi imzalanıb.


loading...




Fikrinizi bildirin