Cəlladlar dərhal jurnalistin üstünə şığıyıb – Cəmi 15 dəqiqəyə parçalayıb…

Dərc olunub: 19/10/2018 - 21:44

35f06c1ee399ef2239254cac9ecf1d1a“Əl-Cəzirə” telekanalı adının açıqlanmasını istəməyən türkiyəli rəsmilərə istinadən müxalif səudiyyəli jurnalist, “The Washington Post” qəzetinin köşə yazarı Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda necə öldürüldüyünə dair yeni təfərrüatları açıqlayıb. Virtualaz.org xəbər verir ki, telekanal jurnalistin konsulluğa girən kimi dərhal səudiyyəli cəlladların hücumuna məruz qaldığını bildirir.

“Xaşogi içəri girən kimi səudiyyəli cəlladlar jurnalistin üstünə şığıyıb və onu zorla binanın yuxarı mərtəbəsinə aparıblar. Kaşıkçı konsul Muhammet əl-Üteybinin otağına aparılıb və orada onu heç bir sorğu-sual etmədən birbaşa öldürüblər”-türkiyəli rəsmi belə deyib.

Telekanal bildirir ki, jurnalisti öldürmək üçün konsulun otağında hər şey əvvəlcədən hazırlanmışdı. “Türkiyəli səlahiyyətlilər Kaşıkçının harada öldürüldüyünü bildiklərini deyir. Onun cəsədini səudiyyəli patoloji anatomoya mütəxəssisi parçalayıb”-xəbərdə deyilir.
Mənbə deyib ki, patoloji anatomiya mütəxəssisi Salah Tabiki jurnalistin cəsədini 15 dəqiqəyə parçalayıb. Konsulluq binasında axtarış aparmağa göndərilən türkiyəli kriminalistlərə əvvəlcədən cinayət anına aid səs yazıları dinlədilib. Türkiyə heyəti konsulluqda axtarışı bu səs yazısı əsasında aparıblar.
Camal Xaşogi oktyabrın 2-də konsulluğun binasına sənəd almaq üçün girib və bir daha çıxmayıb. Onun konsulluq binasında öldürüldüyü və cəsədinin parçalandığı üzə çıxıb.


loading...




Fikrinizi bildirin