Ukraynada qazın qiyməti artırılıb

Dərc olunub: 19/10/2018 - 22:30

dem-qazi-2Ukraynada təbii qazın əhali istehlakçı qrupu üzrə tarifi 23,5 faiz artırılıb. “Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Volodımir Qroysman Ali Radanın iclasında məlumat verib.
Onun sözlərinə görə, qazın hər 1000 kubmetrinin qiyməti 6958 qrivnadan (246.89 dollar) 8550 qrivnayadək (303.37 dollar) qaldırılıb.
V.Qroysman bildirib ki, yeni tarif noyabr ayından etibarən qüvvəyə minəcək: “Qərar Beynəlxalq Valyuta Fondu tərəfindən Ukraynaya növbəti kredit tranşı ayrılması üçün irəli sürülən şərtlər daxilində qəbul olunub”.


loading...




Fikrinizi bildirin