Mingəçevirdə reyd zamanı 70-dən çox sürücü və piyada cərimələnib

Dərc olunub: 19/10/2018 - 23:40

89be38b8561ada46d7aa0cf4f873f190Mingəçevir şəhərində sürücü və piyadalar əleyhinə reyd keçirilib.“Report”un Şirvan bürosu xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mingəçevir şəhər bölməsinin əməkdaşları tərəfindən keçirilən reydin əsas məqsədi təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə edən sürücülərin və yol hərəkəti qaydalarını kobud şəkildə pozan piyadaların aşkarlanması olub.

Reyd ərzində qeyd olunan məsələlər üzrə 70-dən artıq sürücü və piyada saxlanılıb. Onlardan 55 nəfər qayda pozucusu haqqında inzibati protokol tərtib olunub. Yol hərəkəti qaydalarının tələblərinə məhəl qoymayanlar arasında piyadalar üstünlük təşkil edib. Belə ki, 25 piyada haqqında inzibati protokol yazılıb. Eyni zamanda piyadaların normal keçidinə təhlükə yaradan 10 sürücüyə qarşı müvafiq cərimələr tətbiq olunub. Onlardan bəziləri qaydanı pozaraq ərazidən uzaqlaşmaq istəyərkən saxlanılıb.Cərimələrin tətbiqi ilə yanaşı bəzi sürücü və piyadalara şifahi xəbərdarlıq edilərək maarifləndirmə xarakterli söhbət aparılıb.

Reyd zamanı həmçinin təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə edən 20 nəfər sürücü barəsində inzibati ölçü götürülüb. Bu zaman qanunu pozmaqlarına haqq qazandıran sürücülər da olub. Belə ki, həmin sürücülər təhlükəsizlik kəmərindən şəhər daxilində istifadə etməyə ehtiyac duymadıqlarını bildiriblər.

Bundan əvvəl Ağdam rayonunda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürcülərə qarşı reyd keçirilib.


loading...




Fikrinizi bildirin