Rusiya və ABŞ prezidentləri noyabrda görüşə bilər

Dərc olunub: 20/10/2018 - 09:36

putin-trampRusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp bu il Paris və Buenos-Ayresdə görüşə bilər.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Amerikanın yüksəkvəzifəli məmuru deyib.

Söhbət Fransada I Dünya müharibəsinin başa çatmasının yüz illiyi ilə bağlı keçiriləcək tədbirlərdən gedir. Bundan əlavə, iki ölkə liderinin noyabrın 30-da Buenos-Ayresdə başlayacaq G20 sammiti çərçivəsində görüşü mümkündür.

Bundan əvvəl Vladimir Putin Donald Trampın Rusiya ilə münasibətləri sabitləşdirmək istədiyini bildirib.


loading...




Fikrinizi bildirin