Makedoniya parlamenti ölkənin adını dəyişməyə razılıq verib

Dərc olunub: 20/10/2018 - 09:55

makedonMakedoniya parlamenti cümə günü ölkənin adının Yunanıstanla bağlanmış müqavilədə nəzərdə tutulduğu kimi Şimali Makedoniya Respublikasına dəyişdirilməsi barədə konstitusiyaya düzəlişlər edilməsi lehinə səs verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, bu düzəlişlərin qəbul edilməsinin lehinə qanunvericilik orqanının 120 deputatından 80-ni səs verib.

Yunanıstanla bağlanmış sazişin icra edilməsi Makedoniyanın Avropa İttifaqı və NATO-ya gedən yolunu açmaq məqsədi daşıyır. Makedoniya müxalifəti ölkənin adının dəyişdirilməsinə qarşı çıxıb.


loading...




Fikrinizi bildirin