18 yaşlı gəlin itkin düşüb

Dərc olunub: 20/10/2018 - 12:31

polis_idaresi_201015Ağstafada gəlin itkin düşüb.

Trend-in məlumatına görə, hadisə şəhərin Qarabağ məhəlləsində baş verib.

Qurbanov küçəsi, 4 saylı binada qeydiyyatda olan Rzayev Rasim Ramiz oğlu Ağstafa rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, həyat yoldaşı, 2000-ci il təvəllüdlü Bədəlova Güllübəyim Elçin qızı oktyabrın 18-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırmalara başlanıb.


loading...




Fikrinizi bildirin