“Azərbaycan Türkiyəyə investisiyalarını artıracaq” – Pərviz Şahbazov

Dərc olunub: 20/10/2018 - 14:59

STAR Neft Emalı Zavodu Azərbaycanın qardaş Türkiyəyə qoyduğu investisiyanın bir hissəsisidir. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan energetika naziri Pərviz Şahbazov deyib.Onun sözlərinə görə, Azərbaycan Türkiyəyə investisiyalarını artıracaq: “Bilirsiniz ki, Azərbaycan Türkiyənin energetika sektoruna çox böyük investisiya yatırıb. Ümumilikdə, Türkiyə tarixində qoyulan ən böyük xarici investisiyadır. Sözsüz ki, Azərbaycan enerji dövlətidir və ölkəmizin bu sahədə böyük təcrübəsi var. Eyni zamanda, Azərbaycan Türkiyəyə qaz, Türkiyə üzərindən neft ixrac edir. STAR Neft Emalı Zavodunun açılması Azərbaycanın Türkiyə, ümumiyyətlə bölgədə mövqelərini daha da gücləndirəcək”.


loading...




Fikrinizi bildirin