“Azərenerji”də yeni təyinatlar olub

Dərc olunub: 20/10/2018 - 16:19

2944cc2a-2110-4405-b2d7-110027253b43“Azərenerji” ASC-də iki yeni təyinat olub.Elitinfo.az xəbər verir ki, Ziyəddin Misir oğlu Quliyev qurumun vitse-prezidentinin müavini təyin edilib. Hazırda Z.Quliyev “Azərenerji”nin vitse-prezidentinin səlahiyyətlərini icra edir.

Bundan başqa, “Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Vüqar Əliyev “Azərenerji” prezidentinin müşaviri təyin olunub.

Qeyd edək ki, Z.Quliyev bu vaxta qədər “Azərişıq” ASC-nin Texniki Departamentin direktoru vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə ona “Əməkdar mühəndis” fəxri adı verib.
Xatırladaq ki, 2005-ci ilin oktyabr ayından “Azərenerji”nin vitse-prezidenti Marlen Əsgərov idi. O, bu il sentyabrın 17-də ürək çatışmazlığından vəfat edib.
Prezident İlham Əliyevin bu il sentyabrın 4-də imzaladığı sərəncamla Balababa Rzayev “Azərenerji”nin prezidenti təyin edilib.


loading...




Fikrinizi bildirin