Astarada avtomobil aşıb, xəsarət alanlar var

Astara rayonunda ağır yol-nəliyyat hadisəsi baş verib. Hadisə rayonun Pəlikeş kəndi ərazisində qeydə alınıb. Belə ki, Pəlikeş kənd sakini, 1999-cu il təvəllüdlü Elməddin Təvəkkülzadə idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və maşını çökəkliyə aşırıb.

Hadisə nəticəsində E.Təvəkkülzadə və avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Aynurə Şabanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. E.Təvəkkülzadə qapalı kəllə-beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib. A.Şabanovaya isə sağ bazu sümüyunün aşağı hissəsinin yerdəyişən qəlpəli sınığı diaqnozu qoyulub.

Hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar