Yunanıstanın Baş naziri ölkənin xarici siyasət idarəsinə də rəhbərlik edəcək

Yunanıstanın Baş naziri Aleksis Tsipras bundan sonra ölkənin xarici siyasət idarəsinə də rəhbərlik edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu gün səhər saatlarında prezident sarayında Prezident Prokopis Pavlopulosun iştirakı ilə A.Tsiprasın ölkənin xarici işlər naziri kimi andiçmə mərasimi keçirilib.

Daha sonra Yunanıstan Xarici İşlər Nazirliyində işlərin təhvil-təslim mərasimi baş tutub.

Qeyd edək ki, Yunanıstanın xarici işlər naziri Nikos Kotzias bu günlərdə istefa verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar