“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib

Amerika kəşfiyyatı İranın Livanda fəaliyyət göstərən “Hizbullah” qruplaşmasına gizli yolla yüksək dəqiqlikli raketlər üçün avadanlıqlar ötürdüyünü bildirir. Virtualaz.org xəbər verir ki, bu haqda “ Fox News” telekanalı bildirir.

Telekanal kəşfiyyat mənbələrinə istinadən xəbər verir ki, GPS komponentləri daşıyan İran yük təyyarəsi üç gün əvvəl Livanda yerə enib. “Qeshm Fars Air” şirkətinə məxsus olan təyyarə QFZ-9950 reysi ilə bu həftənin çərşənbə axşamı Tehrandan havaya qalxıb. Təyyarəni həmin gün Dəməşq aeroportuna enərkən qeydə almaq mümkün olub. Təyyarə daha sonra Beyruta istiqamət alıb və ertəsi gün Tehrana qayıdıb.

İsrailin baş naziri Benyamin Netanyahu sentyabrın 27-də BMT Baş Assambleyasında çıxışı zamanı bildirmişdi ki, “Hizbullah” Beyrut aeroportu rayonunda “yer-yer” tipli raketlər istehsal etmək üçün İranın dəstəyi ilə gizli müəssisə açıb. Rəsmi Beyrut isə bu iddianı rədd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar