Bakıda avtobus sürücüsü ruhi xəstəni vurub öldürdü

Bakıda marşrut avtobusu ruhi əsəb xəstəsini vuraraq öldürüb.“Qafqazinfo”nun verdiyi xəbərə görə, oktyabrın 19-u saat 22 radələrində “İ-Qafqaz” MMC-yə məxsus 211 saylı marşrut xətti ilə hərəkət edən avtobus “Meyvəli” bazarının qarşısında piyadanı vurub və həmin şəxs hadisə yerində vəfat edib.

Araşdırma zamanı məlum olub ki, vəfat edən şəxs 1986-cı il təvəllüdlü, ruhi əsəb xəstəsi Süleyman Nəbiyevdir.

Hadisə zamanı qəzanı törədən sürücü 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlunun idarə etdiyi avtobusda sərnişin olmayıb. O, avtobusu qaraja aparırmış.

20.10.201817:28 100

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar