Trampla Kim Çen Inın ikinci görüşü... 

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və Koreya Xalq Demokratik Respublikası (KXDR) liderlərinin yeni və sayca ikinci görüşü 2019-cu ilin lap əvvəlində baş tuta bilər.

«Böyük ehtimalla, görüş ilin əvvəlində hansısa bir vaxtda baş tuta bilər» - deyə, «Röyter» agentliyi ABŞ administrasiyasındakı mənbədən sitat gətirir.

Donald Tramp qeyd edib ki, Kim Çen Inla görüş ABŞ konqresinə noyabrın 6-da aralıq seçkilərin keçirilməsindən əvvəl baş tuta bilməz. Dövlət başçısının sözlərinə görə, hazırda o, sadəcə, ölkəni tərk edə bilmir.

Tarixdə ABŞ-KXDR liderləri arasında ilk sammit bu il iyunun 12-də Sinqapurda keçirilib. İlk sammitdə siyasətçilər münasibətlərin yaxşılaşdırılması və Kopeya yarımadasının denuklearizasiyası barədə razılığa gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar