«Tramp-Putin görüşünə Argentina və ya Fransa ev sahibliyi edə bilər» - KİV

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya Federasiyasının (RF) prezidenləri Donald Tramp və Vladimir Putin arasında növbəti sammit mümkündür ki, Buenos-Ayresdə və ya Parisdə keçirilsin.

Bu barədə «Bloomberg» agentliyi xəbər verib.

«TASS» agentliyi isə öz növbəsində, dəqiqləşdirib ki, danışıqlar G20 sammitinin gedişində Buenos-Ayresdə 30 noyabr - 01 dekabr tarixlərində və ya noyabrın 11-də Parisdə, Birinci Dünya Müharibəsində bağlanmış barışığın 100 ilik yubileyi tədbirləri çərçivəsində keçirilə bilər.

«Prezident Trampın Vladimir Putini Vaşinqtona dəvəti hələ də qüvvədə qalır» - deyə, Ağ Evdə bildiriblər.

Xatırladaq ki, iyulun 16-da Tramp və Putin Helsinkidə görüşüblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar