İndoneziya Su-35 sövdəsindən imtina eiməyəcək - «Sputnik Vietnam»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İndoneziya Rusiyadan Su-35 qırıcıları almaq niyyətindən əl çəkməyəcək. Bu barədə müdafiə naziri Riamizard Riaçuduya istinadla «Sputnik Vietnam» agentliyi xəbər verib.

«Gözlənilir ki, İndoneziya yaxın vaxtlarda qırıcıları alacaq» - deyə, nazir bildirib və qeyd edib ki, Cakarta bu təyyarələrin alınmasında çox maraqlıdır.

Nazir bildirib ki, İndoneziya ABŞ-ın mümkün sanksiyaları altında Rusiya ilə kontraktın yerinə yetirilməsindən «heç vaxt imtina etməyəcək».

Onun sözlərinə görə, tərəflər artıq sazişin reallaşdırılmasına başlayıblar, ancaq İndoneziya hərbi idarəsi ödənişin bəzi məsələlərini maliyyə və ticarət nazirlikləri ilə yoluna qoymalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar