Türkiyənin Kayseri şəhərində Xocalı parkı və abidəsinin açılışı olub – FOTO

Dərc olunub: 21/10/2018 - 09:08

ca635445-70ab-4f84-b7f9-9847286da1e3Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondunun, Türkiyənin Ərciyəz Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Müasir dünyada dialoq” mövzusunda konfrans keçirilib, Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.

“Report”un Türkiyə bürosu xəbər verir ki, Ərciyəz Universitetinin ev sahibliyi ilə Azərbaycan, Rusiya və Türkiyədən dəvət olunmuş siyasətçilər, ictimaiyyət nümayəndləri, elm adamları və ziyalıların iştirakı ilə “Avropa bölgəsində sülh, barış dialoq” adlı konfrans baş tutub.

Konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Ərciyəz Universitetinin rektoru Mustafa Çalış, Rusiya Dövlət Dumasının təmsilcisi Ramin Qasımov, bu ölkədən olan deputatlar – Aksana Puşkina, İrina Radnina, Dimitri Savelyev, İrek Zinnurov, Sergey Marinin, Tatyana Tibizova, Elena Strokova və türkiyəli millət vəkilləri, siyasətçilər, tələbələr və ictimaiyyət nümayəndələri qatılıb. Konfranda Türkiyənin ən köklü universitetlərindən biri olan Ərciyəz Universitetinin dünya elminə qazandırdığı uğurlardan danışılıb, hər üç ölkənin bu təhsil ocağından dünyaya mesaj verməsinin əhəmiyyətinə diqqət çəkilib. Beynalxaq miqyasda ölkələrarası dialoqun əhəmiyyətinə diqqət çəkən  Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında ölkəmizdə multikulturalizm dəyərlərinin ən üst  səviyyədə olduğunu və dil, din, irq, cinsiyyət, siyasi görüş  güdmədən bütün xalqların azad və firavan yaşadığını vurğulayib. Ə.Həsənov beynəlxalq dialoqun əhəmiyyətinə diqqət çəkərək, bu məsələdə özünü dünya dövlətlərindən təcrid edən Ermənistanın işğalçılıq siyasətindən danışıb. Çıxışlarda Azərbaycan, Türkiyə və Rusiya arasında reallaşan üçtərəfli əlaqələrin inkişaf etdirilməsi barəsində danışılıb.

Silsilə tədbirlər çərçivəsində Xocalı faciəsinin qurbanlarının xatirəsinin əbədiləşdirildiyi “Xocalı parkı” və “Xocalı abidəsi”nin açılışı olub. Kayseridə eyni gündə ümumilli lider Heydər Əliyevin adını daşıyan tələbə yataqxanasının da açılışı baş tutub.


loading...




Fikrinizi bildirin