Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib -16 nəfər ölüb

ABŞ-ın rəhbərlik etdiyi İŞİD terrorçularına qarşı beynəlxalq koalisiya qüvvələri Suriyanın şərqindəki məscidlərdən birinə hava zərbəsi endirib."Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Deyr-Ez-Zor vilayətindəki mənbə bildirib.

Məlumata görə, Suse qəsəbəsindəki "Osman bin Əffan" məscidinə endirilən hava zərbəsi nəticəsində azı 16 nəfər həlak olub. Məscid zərbə nəticəsində dağıdılıb.

Qeyd edilir ki, koalisiya qüvvələrinin son 3 gündə Suse və Hacin ərazilərinə endirdikləri hava zərbələri nəticəsində ümumilikdə 65 dinc sakin həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar