İndoneziyada zəlzələ qurbanlarının sayı 2113 nəfərə çatıb

İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami qurbanlarının sayı 2113 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Detik" portalı məlumat yayıb.

Ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Ağentliyinin rəsmi nümayəndəsi Sutopo Nunqroho bildirib ki, təbii hadisələr zamanı xəsarət almış 4600 nəfərin vəziyyəti ağırdır. Məmur qeyd edib ki, zəlzələ və sunami nəticəsində ümumilikdə 10 mindən çox insan xəsarət alıb.

O, qeyd edib ki, ölənlərin əksəriyyəti Mərkəzi Sulavesinin inzibati mərkəzi Palu şəhərindədir.

İndoneziyada 7,4 bal gücündə zəlzələ sentyabrın 28-də qeydə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar