ABŞ-da "Maykl" qasırğası qurbanlarının sayı 36 nəfərə çatıb

ABŞ-da "Maykl" qasırğası qurbanlarının sayı 36 nəfərə çatıb.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Məlumata görə, son insan ölümü hadisəsi Florida ştatında baş verib. Bir qadın 10 gündür ölkənin cənub-şərqində tüğyan edən qasırğanın qurbanı olub. Hakimiyyət orqanları onun ölümünün təfərrüatlarını açıqlamayıblar.

Bildirilir ki, təbii hadisə zamanı Floridada ümumilikdə 26 nəfər həlak olub. Digər 10 ölüm hadisəsi Corciya, Şimali Karolina və Virciniya ştatlarında qeydə alınıb.

Daha əvvəl qasırğanın 33 nəfərin həyatına son qoyduğu bildirilirdi. ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton qasırğanın zərər vurduğu hər bir ərazi üzərində səylə çalışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar