Kamerunda silahlılar 5 məktəblini qaçırıb

Dərc olunub: 21/10/2018 - 12:47

85205f19a3f07051e42f0f3c56fef767Kamerunun Bamenda şəhərində silahlı qruplaşma 5 məktəbli uşağı qaçırıb.
Trend-in məlumatına görə, silahlı qruplaşma “Atiela” məktəbinə hücum edib və 6 məktəblini qaçırıb. Qaçırılanlardan biri silahlıların əlindən qaça bilib. Ona tibbi yardım göstərilib.

Təhlükəsizlik xidmətlərinin əməkdaşları silahlıların avtomobilini atəşə tutsalarda, onları saxlamaq mümkünolmayıb. Qaçırılan 5 məktbəli haqqında məlumat yoxdur.

Bildirilir ki, silahlılar ölkənin şimal-qərb və cənub-qərb regionlarında məktəblərə hücum edirlər və bu səbəbdən məktəblər fəaliyyətini dayandırır. Uşaqlar isə ölkənin daha təhlükəsiz regionlarında məktəbə getməli olur.


loading...




Fikrinizi bildirin