Putin Türküstana getdi

Özbəkistana səfərdən sonra Rusiya prezidenti Vladimir Putin həmkarı Şavkat Mirziyoyevlə birgə yolüstü Qazaxıstana gedib və prezident Nursultan Nazarbayevlə qeyri rəsmi görüş keçirib. Virtualaz.org bildirir ki, xəbəri Kremlin rəsmi saytı yayıb. Görüşün Türküstan vilayətinin Sarıaqaş şəhərində baş tutduğu deyilir.

Üç ölkənin liderləri iqtisadi əməkdaşlığın, humanitar sahədə qarşılıqlı təsirin perspekivlərini, eləcə də başqa aktual mövzularla bağlı məsələləri müzakirə ediblər.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 19-da Özbəkistanda rəsmi səfərdə olub. Səfər zamanı o, bu ölkənin başçısı Şavkat Mirziyoyevlə görüşüb.

Nəticədə hər iki lider bir çox sənədlərə imza atıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar