Sosial mənzil sahibi olanlar evlərinə nə vaxt köçəcək?

Dərc olunub: 21/10/2018 - 20:01

1540108398_1540107062_untitled-1Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzil sahibi olan vətəndaşların evlərinə köçəcəyi tarix bəlli olub.Sfera.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova bildirib.

MİDA rəmisi qeyd edib ki, 1, 2, 3, 4 və 5-ci binalarda mənzil sahibi olan vətəndaşlar bu il oktyabrın sonu, noyabrın əvvələrində evlərinə köçə biləcəklər.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində 29 bina inşa olunub. İlk dəfə 2018-ci ilin may ayında Yasamal Yaşayış Kompleksində sosial mənzillərin satışı təşkil edilsə də, sonradan prosedur dayandırılıb və nəticələr ləğv edilib. Növbəti dəfə sentyabr ayının 5-d də elan edilən satışlarda Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzil satılıb.

Məlumat üçün bildirək ki, 1-ci bina 12 mərtəbəli, 2-ci, 3-cü, 4-cü, 5-ci binalar 9 mərtəbəlidir.

1-ci binada 12 bir otaqlı, 24 iki otaqlı, 24 üç otaqlı; 2-ci binada 9 bir otaqlı, 54 iki otaqlı, 9 üç otaqlı; 3-cü binada 9 bir otaqlı, 54 iki otaqlı, 9 üç otaqlı; 4-cü binada 16 bir otaqlı, 32 iki otaqlı, 16 üç otaqlı; 5-ci binada 16 bir otaqlı, 32 iki otaqlı, 16 üç otaqlı mənzil var.








loading...


Fikrinizi bildirin