ABŞ-da dəfn bürosunda 60 uşağın qalıqları və embrionlar tapılıb! 

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Detroytun dəfn bürosunda (ABŞ) 60-dan artıq uşaq qalıqları və embrionlar aşkar olunub. Bu barədə «Röyter» agentliyi xəbər verib.

«Qutularda soyudulmamış halda 36 insan bədəni qalıqları və daha 27 «dəst» qalıq isə soyuducu kamerada tapılıb» - xəbərdə belə deyilir.

İstintaqçılar onların yaşı və şəxsiyyətlərinin müəyyən olunması üzərində işləyirlər.

«Bu, dərin təşviş doğurur. Mən, xidmətdə olduğun 42 il ərzində heç vaxt belə şey görməmişəm» - deyə, Detroyt ştatının polis rəisi Ceyms Kreyq jurnalistlərə bəyan edib.

Bundan bir həftə əvvəl uyğun insident Miçiqanda baş verib - polis keçmiş dəfn bürosunda 11 uşağın qalıqlarını aşkar edib.

İki olay arasında hələlik heç bir əlaqə müəyyən olunmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar