Qırmızı çuğundur şirəsi ayaqlarda ağrını azaldır – Həkim məsləhəti

Dərc olunub: 22/10/2018 - 00:34

444Kiçik bir eksperiment göstərib ki, periferik arteriya xəstəliyindən əziyyət çəkən pasiyentlər yeriməzdən əvvəl qırsızı çuğundur şirəsi içərkən, şirə içməyən pasiyentlərdən az arğı yaşayırlar.
Periferik arteriya xəstəliyi arteriyaların sıxılmasına səbəb olur və ayaqların toxuma və əzələlərində qan axınını azaldır. İnsanlar bu xəstəlikdən əziyyət çəkərkən, yerimək onlarda güclü ağrı əmələ gətirir. Məhz buna görə də onlar qısa məsəfə yeriyəndən sonra dayanmağa məcbur olurlar. Nədən ki, ayaqlar lazımi miqdarda oksigen ala bilmirlər.
Bundan əvvəlki bəzi tədqiqatlar göstərib ki, qeyri-üzvi nitrat – çuğundur şirəsinin inqrediyenti – işlək əzələlərə qan və oksigen gətirməyi gücləndirir və əzələlərin lazımi miqdarda oksigen istifadə etməsinə imkan yaradır.
«Bizim tədqiqatlarımız göstərir ki, çuğundur şirəsinn birdəfəlik dozası bu xəstəlikdən əziyyət çəkən insanların yeriyən zaman ayaq ağrısını 18 faiz azaldır» - deyə, tədqiqatın müəllifi Virciniya Universitetindən (Şaprlotsvill) olan Jason David Allen bildirib.

Eksperimentdə 35 pasiyent iştirak edib və ümumilikdə, 12 həftə ərzində 36 sınaq məşqi yerinə yetiriblər. Hər məşq zamanı iştirakçılar qaçış cığırı ilə 30 dəqiqə ərzində, fərdi qabiliyyətlərinə adaptasiya olumuş sürət və meyllə yeriyiblər. İştirakçıların yarısı məşqdən 3 saat əvvəl cuğundur şirəsi içib, digər hissəsi isə «plasebo» içki qəbul edib.

Eksperimentin sonunda hər iki qrup 6 dəqiqəlik test zamanı qaçış cığırı ilə eksperimentdən əvvəl qət etdiyi məsaafədən bir qədər artıq yeriyə bilib. Şirə içən qrupda qət edilən məsafə orta hesabla, 53 metr, «plasebo» içən qrupda isə 25 metr artıb.
Həkimlər məsləhət bilirlər ki, çuğundur (qırmızı) şirəsini nar şirəsi ilə birlikdə içmək daha effektlidir.


loading...




Fikrinizi bildirin