Qubada əmisinin gəlinini qaçıran kişi öldürüldü

Qubada ailəli qadını qaçıran kişi döyülərək öldürülüb.

“Report”un xəbərinə görə, 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.

Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hər üç şəxs saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

ayzek 2018-10-22 10:26:26

qıza niyə heç nə eləməyiblər?

Vətəndaş 2018-10-22 10:26:26

Belə namusla bağlı məsələlər hamıya dərs olmalıdır. Namusla oynamaq olmaz.

Son yazılar