İran gəmisində ölən şəxslərin meyitləri təhvil verilib

Dərc olunub: 22/10/2018 - 10:40

54e5727c-894e-4698-b956-9e836a20d9f2Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, ölən şəxslərin meyitləri isə aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub.


loading...




Fikrinizi bildirin