ƏRDOĞAN QAŞIQÇININ QƏTLİNİN TƏFƏRRÜATLARINI AÇIQLADI – VİDEO

Dərc olunub: 23/10/2018 - 13:20

erdogan_16042017Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdiyi kimi, səudiyyəli müxalif jurnalist Camal Kaşıkçının öldürülməsinin təfərrüatlarını parlamentdə, AKP-nin qrup toplantısında açıqlayıb.

“AzPolitika.info”nun məlumatına görə,  Ərdoğan çıxışında Qaşıqçının ailəsinə də başsağlığı verib.

Türkiyə prezidenti bildirib ki, Qaşıqçının öldürülməsi ilə bağlı 3 qrup təyin olunub: “Əməliyyatdan bir gün əvvəl 16:30-da 3 nəfərlik bir qrup otelə yerləşdikdən sonra konsulluğa gedir. Başqa bir qrup isə Belqrad meşəsi (İstanbul) və Yalovada kəşfiyyat aparır.

Ümumilikdə 15 nəfərdən ibarət olan bu qruplar gəlib konsulluqda görüşür. Əvvəlvə konsulluğun kameralarının hard diskindəki görüntülər çıxarılır. Axşam saat 17:50-də ölkəmizin rəsmi qurumlarına Qaşıqçının zorla saxlanıldığına dair məlumatlar gəlir”.

Ərdoğanın sözlərinə görə, araşdırma və istintaq genişləndikcə 15 səudiyyəli və həkim-ekspertin müxtəlif təyyarələrlə Türkiyəyə gəldiyi və ölkədən ayrıldığı məlum olur: “Ər-Riyad əvvəlcə iddiaları tamamilə rədd etdi. Baş konsul da “Röyter”in müxbirinə verdiyi müsahbəsində özünü müdafiə etməyə çalışdı. Hadisə günü konsulluqda işləyən işçilərin bir hissəsi təftiş bəhanəsi ilə bir otaqda saxlanılıb. Digərləri isə evə buraxılıb”.

Ərdoğan bildirib ki, kralla ilk telefon danışığında hadisəni izah edib: “Birgə işçi qrup yaradılması ilə bağlı qərarımızı ona çatdırdım. Krala baş konsulun səriştəsizliyini bildirdim, o da mənim fikrimi təsdiqlədi. Bu söhbətin səhəri günü baş konsul vəzifəsindən azad edildi. Daha sonra kralın göstərişi ilə baş konsulluğun binasına girən qruplar burada müxtəlif araşdırmalar apardı.

Səudiyyə Ərəbistanının cinayəti qəbul etməsindən sonra qətldə günahlandırılna 18 nəfərin həbs olunduğunu mənə dedi”.

“Bu hadisə İstanbulda baş verib, istintaqı da aparmaq bizim haqqımızdır. Heç kimi şübhə altında buraxmamaq üçün araşdırmaların nəticəsini gözlədik” – deyənƏrdoğan onu da bildirib ki, saxlanılan 18 nəfərin müşakiməsinin İstanbulda aparılması ədalətli olardı.

 

***
2Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, səudiyyəli müxalif jurnalist Camal Kaşıkçının öldürülməsinin təfərrüatlarını sabah parlamentdə, AKP-nin qrup toplantısında açıqlayacaq. Ərdoğan hadisənin bütün təfərrüatlarının açıqlanmalı olduğunu deyib.

Qeyd edək ki, “The Washinton Post” qəzetinin yazarı Camal Kaşıkçı Türkiyə hakimiyyəti ilə yaxın münasibətlərə, o cümlədən prezidentlə şəxsi münasibətlərə malik olub. Ərdoğan onun haqqında “arkadaş” kimi bəhs edirdi.

“Məsələ ilə bağlı geniş açıqlamalarımı sabah qrup toplantısında verəcəyəm. 15 nəfər buraya niyə gəldi. 18 nəfər niyə tutuldu? Bunlar bütün detalları ilə açıqlanmalıdır. Bunları sabah çərşənbə axşamı qrup toplantısında daha fərqli şəkildə açıqlayacam. Orada detallardan bəhs edəcəyəm”-Ərdoğan bildirib.

258636_src

“Hürriyet” qəzetinin yazarı Abdülkadir Selvi isə sabahı gözləmədən Camal Kaşıkçının  ölümü ilə bağlı bəzi detalları yazıb. Onun yazısında göstərilir ki, jurnalist konsulluqda tutulan kimi birbaşa konsul Muhammed əl-Üteybinin otağına aparılıb. Camal Kaşıkçı sorğuya çəkilmədən cəllad qrupu tərəfindən dərhal boğulub. Onun boğulması 7-8 dəqiqə çəkib, bu vaxt jurnalist təbii reflekslə cəlladlara müqavimət göstərib.

Xaşogini öldürəndən sonra cəlladlar onun qolundakı “Aplle” smart-saatının fərqinə varıblar. Saatın mobil telefonla əlaqəli olduğunu bildikləri üçün onu açmağa və məlumatları silməyə çalışıblar. Bu məqsədlə jurnalistin barmağı kəsilib və kəsilmiş barmaqla saatı açmağa cəhd olunub. Amma baş tutmayıb.

“Səudiyyə tərəfinin açıqladığından fərqli olaraq konsulluqda heç bir mübahisə və ya dava olmayıb, jurnalist dindirilməyib. Onu plastik paketlə və ya ipə oxşayan hansısa plastik materialla boğmağa başlayıblar. Sonra dəhşətin ikinci hissəsi başlayıb. Pataloji anatomiya mütəxəssisi əl-Tubaigy musiqi açıb və cəsədi 15 hissəyə ayırıb. Bütün bunlar konsulun otağında baş verib. Kaşıkçının öldürülmə anına aid səs yazısı da həmin an yaşanan vəhşiliyi əks etdirir”-“Hürriyet” yazarı bildirir.

Bu arada məlum olub ki, Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçının öldürülməsi ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın beynəlxalq davranış qaydalarını pozduğu ilk vaqiə deyil.

Fransanın “Le Figaro” qəzetinin yazarı Jorj Malbrüno onun başqa günahları yada salır. Yazıda MBS-nin (MBS – Muhammad bin Salman; Avropa mətbuatında səudiyyəli şahzadə bu abbreviatura il təqdim olunur-red.) 2017-ci ilin noyabrında ölkəyə gələn Livanın baş naziri Said Haririni İrana və Hizbullah təşkilatına həddindən artıq yumşaq davrandığı üçün onun iradəsi əleyhinə zorla ər-Riyadda tutduğu xatrıladılıb. Haririni çətin vəziyyətdən isə Fransa prezidenti Emmanuel Makron qurtara bilmişdi.

Картинки по запросу muhammad bin salman HARİRİ

“Hətta öz daxili krallıq ailəsində belə bu adam özünü filin qab-qacaq vannasındakı halı kim aparır”, – yazıda qeyd olunub.

 


loading...




Fikrinizi bildirin