Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2025-ci ilə qədər 50-dən çox yeni gəmi alacaq

Dərc olunub: 22/10/2018 - 16:18

e239facd-2c9c-4c64-9b5e-0a80ed971e10Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) son 5 ildə 20 yeni gəmi alaraq donanmasına əlavə edib. Hazırda 2-si “Ropac” tipli, 2-si isə tanker olmaqla 4 yeni gəmi inşa edilir. Tezliklə daha 4 unikal tankerin tikintisi üçün müqavilə imzalanacaq”.

“Report” xəbər verir ki, bunu Gəmiçiliyin sədri Rauf Vəliyev deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum qarşıdakı illərdə də yeni gəmilər alacaq: “2025-ci ilə qədər daha 50 gəminin alınıb donanmaya əlavə edilməsi planlaşdırılır”.


loading...




Fikrinizi bildirin